ABŞ prezidenti Donald Trampla söhbətdən sonra Hindistanın Baş naziri Narendra Modi Trampın Yeni Dehlinin Rusiya neftini almaqdan imtina etməsi ilə bağlı açıqlamalarına şərh verməkdən imtina edib.
Qaziler.az bu barədə RİA “Novosti”yə istinadla xəbər verir.
Modi ABŞ-nin Hindistanda istehsal olunan mallara endirim təklif edəcəyini təsdiqləyib. Baş nazir həmçinin Trampa bu qərara görə minnətdarlığını bildirib.
Modi əlavə edib ki, Hindistan ABŞ prezidentinin sülhün bərqərar olması səylərini tam dəstəkləyir.
Qeyd edək ki, fevralın 2-də Tramp Hindistanın Rusiyadan neft almağı dayandırmağa razı olduğunu barədə açıqlama yayıb.
QAZİLER.AZ



