Zelenski növbəti danışıqlar üçün Ukrayna nümayəndə heyətinin tərkibini açıqladı

Zelenski növbəti danışıqlar üçün Ukrayna nümayəndə heyətinin tərkibini açıqladı backend

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlar üçün nümayəndə heyətinin tərkibini açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram” kanalında paylaşım edib.

Paylaşımda qeyd olunub ki, danışıqların tərkibinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da daxil olmaqla, əsas siyasi və hərbi nümayəndələr daxildir.

Prezident Aparatının rəhbəri Kirill Budanov və onun müavini Sergey Kıslıtsya ilə yanaşı, qrupa Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Hnatov, prezidentin müşaviri Aleksandr Bevz və "Xalqın xidmətçisi" parlament fraksiyasının lideri David Araxamia da daxildir.

QAZİLER.AZ