Polşa xarici işlər naziri Radoslav Sikorski elan edib ki, ABŞ prezidenti Donald Tramp Ukraynada ədalətli sülhü təmin edərsə, onu Nobel mükafatına şəxsən namizəd göstərəcək.
Qaziler.az xəbər verir ki, bu barədə polşalı nazir “X” sosial media platformasında paylaşım edib.
Nazirin sözlərinə görə, ədalətli hesab edilən şeyin son qiymətləndirilməsi onun olacaq.
“Mən açıq şəkildə bəyan etmişəm ki, əgər Prezident Tramp Ukrayna üçün ədalətli sülhü təmin edərsə, bunu özüm edəcəyəm. Amma nəyin ədalətli olduğuna özüm qərar verəcəyəm", - Sikorski qeyd edib.
QAZİLER.AZ



