"Estoniyanın müharibə vəziyyətində milli ərzaq ehtiyatı cəmi yeddi gün üçün nəzərdə tutulub".
Qaziler.az ölkənin ERR nəşrinə istinadla xəbər verir ki, bunu respublika ehtiyat mərkəzinin rəhbəri Ando Leppiman deyib.
Onun sözlərinə görə, bu ehtiyata un məhsulları və digər yüksək kalorili qidalar kimi hazır qidalar daxildir.
“Hazırda, bütün əhalini nəzərə alsaq, təxminən bir həftəlik ərzaq ehtiyatımız var. Bunlar dərhal istifadə edilə bilən müxtəlif hazır qidalardır. Buraya un məhsulları, enerjili qidalar və əsasən yeməyə hazır olan hər şey daxildir”, - məlumatda qeyd olunub.
QAZİLER.AZ



