İran gərginliyi azatlmaq üçün ABŞ-yə güzəştə getməlidir - Fransa XİN

İran gərginliyi azatlmaq üçün ABŞ-yə güzəştə getməlidir -  Fransa XİN backend

Fransa Xarici İşlər Naziri Jan-Noel Barro İran hakimiyyətini ABŞ-nin təkliflərini qəbul etməyə və gərginliyi azaltmaq üçün güzəştlərə getməyə çağırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə fransız ali diplomat Tuluz Universitetinə səfəri zamanı BFMTV telekanalına açıqlamasında deyib.

“ABŞ İrana zərbə endirməyə hazırlaşıb. Onlar İrana danışıqlar təklif edib və İran bu fürsəti dəyərləndirməli, böyük güzəştlərə razı olmalı və mövqeyini radikal şəkildə dəyişdirməlidir”,- nazir bildirib.

26 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp “nəhəng bir donanmanın” İran tərəfə yönəldiyini açıqlayıb. O, ümid etdiyini bildirib ki, Tehran danışıqlar masasına əyləşəcək və tam nüvə silahından imtina nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” razılaşma əldə edəcək.