ABŞ-nin birinci xanımı Melaniya Tramp haqqında yeni sənədli film, milyonlarla dollarlıq reklam kampaniyasına baxmayaraq, Şotlandiya kassalarında uğursuzluğa düçar olub.
Qaziler.az xəbər verir ki, bu barədə “Daily Record” qəzeti yazır.
30 yanvar saat 11:00-a olan məlumata görə, Qlazqo və Edinburqdakı iki Şotlandiya kinoteatrında premyera nümayişləri üçün cəmi 16 bilet satılıb.
“Amazon” platforması filmə 75 milyon dollar xərcləyib və film təkcə Böyük Britaniyada 100-dən çox kinoteatrda nümayiş olunacaq.
“Amazon”un təsisçisi milyarder Ceff Bezos sənədli filmin hüquqları üçün 40 milyon dollar, qlobal marketinq kampaniyasına isə daha 35 milyon dollar xərcləyib.
Brett Ratnerin bir saatlıq "Melaniya" filmi ABŞ-nin birinci xanımı kimi fəaliyyətini və əri ilə münasibətlərinə həsr olunub. ABŞ prezidenti Donald Tramp həyat yoldaşı haqqında çəkilmiş filmi mütləq izlənilməli film adlandırıb və biletlərin sürətlə satıldığını iddia edib.
QAZİLER.AZ



