Tramp İranın ABŞ ilə razılığa gəlmək istədiyini bildirib

Tramp İranın ABŞ ilə razılığa gəlmək istədiyini bildirib backend

ABŞ prezidenti Donald Tramp İranın ABŞ ilə razılığa gəlmək istədiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"Sizə bir şeyi deyə bilərəm: onlar (İran) razılığa gəlmək istəyirlər", - deyə Tramp oval kabinetdə icra sərəncamlarını imzalayarkən bildirib.

Trampın sözlərinə görə, əvvəllər Venesuela sahillərində yerləşdiriləndən güclü dəniz qüvvələri İran sahillərinə doğru istiqamət alıb.

Ağ Ev rəhbəri həmçinin İslam Respublikasına xəbərdarlıq edərək bildirib ki, Vaşinqton və Tehran razılığa gələ bilməsələr, "nə baş verəcəyini görəcəyik".

Tramp yalnız İran rəhbərliyinin ABŞ ilə razılaşmanın əldə edilə biləcəyi müddət barədə dəqiq məlumata malik olduğunu vurğulayıb.

QAZİLER.AZ