Ukrayna Baydenin vəd etdiyi yüz milyonlarla dolları Trampdan istəyə bilmir - "Reuters"

Ukrayna Baydenin vəd etdiyi yüz milyonlarla dolları Trampdan istəyə bilmir - "Reuters" backend

Ukrayna Bayden administrasiyasının vəd etdiyi yüz milyonlarla dolları ABŞ-dən almayıb.

Qaziler.az xəbər verir ki, “Reuters” bunu anonim Ukrayna rəsmisinə istinadən yazır.

Rəsmi şəxsin sözlərinə görə, Kiyev prezident Donald Trampa bu vədi xatırlatmaqdan çəkinir, çünki bu, gözlənilməz nəticələrə səbəb ola bilər.

“Sərt qış ölkənin müharibədən zərər çəkmiş enerji şəbəkəsini dağılmaq həddinə çatdırsa da, Amerika və Avropa rəsmiləri Ukraynaya enerji yardımı olaraq vəd edilmiş yüz milyonlarla ABŞ dollarının ödənilməməsindən çox narahatdırlar”, - nəşrin yazısında deyilir.

Mənbənin sözlərinə görə, Kiyev Trampa bu öhdəlikləri xatırlatmaqdan çəkinir, çünki o, əvvəllər Ukraynanın yardım istəklərinə soyuqqanlılıqla cavab verib. Yazıda həmçinin qeyd edilib ki, yardım ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanması və Vaşinqtonun ayrılmış vəsaitlərin mənimsənilməsi ilə bağlı narahatlıqları səbəbindən dayanıb.

QAZİLER.AZ