Almaniya kansleri Ukraynaya zərbələrin dayandırılmasına reaksiya verib

Almaniya kansleri Ukraynaya zərbələrin dayandırılmasına reaksiya verib backend

Almaniya kansleri Fridrix Mertz Rusiya və Ukrayna arasında əldə olunmuş razılaşmanı alqışlayıb. Həmin razılaşmaya əsasən, Rusiya Kiyevə və Ukraynanın başqa şəhərlərinə zərbələri dayandırmağı öhdəsinə götürüb.

 

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

“Biz atəşkəsin əldə olunmasını alqışlayırıq. Ukraynanın ədalətli və dayanıqlı sülhə ehtiyacı var”, -deyə Mertz öz rəsmi “X” səhifəsində yazıb.

 

Almaniya kansleri bildirib ki, Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışıb və onunla zərbələrin dayandırılması haqda razılaşmanın detallarını müzakirə edib.

 

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin soyuq hava şəraiti ilə əlaqədar Kiyev və Ukrayna başqa şəhərlərinə zərbələri müvəqqəti dayandırmağa razılaşdığını bildirmişdi.