Tanınmış ukraynalı bankir, 54 yaşlı Aleksandr Adariç Milanın elit bir məhəlləsində sirli şəraitdə vəfat edib.
Bu barədə RBK-Ukraine La Repubblica-ya istinadən məlumat verir.
Adariç Nerino küçəsindəki beşmərtəbəli binanın pəncərəsindən yıxılıb. Onun cəsədi yanvarın 23-də binanın yaxınlığındakı həyətdə tapılıb.
İlkin məlumatlara görə, o, dördüncü mərtəbədən yıxılıb, lakin polis mümkün qətl hadisəsini araşdırır.
Müşahidə kamerası yıxıldıqdan sonra binadan çıxan iki nəfəri qeydə alıb. İstintaq onların kimliyini müəyyən etməyə çalışır.
Konsyerjin sözlərinə görə, yıxıldıqdan sonra evdə kimsə olub və çıxmazdan əvvəl ingilis dilində "Nə baş verdi?" deyə soruşub.
QAZİLER.AZ



