"Şimali Koreya hidrogen bombasına malikdir". APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, bu açıqlamanı Şimali Koreya lideri Kim Çen In Pxenyanda yerləşən silah zavoduna baş çəkərkən verib.
O deyib ki, “biz Vətənimizin müstəqilliyini və şərəfini nüvə və hidrogen bombaları ilə qoruya biləcək qüdrətli dövlətə çevrilmişik”. Kim Çen In Şimali Koreyanın güclü nüvə dövlətinə çevrilməsini xüsusi vurğulayaraq, ölkənin suverenliyinin qorunması üçün atom və hidrogen bombalarından istifadə ediləcəyini açıqlayıb.Qeyd edək ki, bu vaxta qədər Şimali Koreya üç dəfə atom bombasını sınaqdan keçirib.