Ceki Çan ölümündən sonrakı "yaradıcı vəsiyyəti"ndən danışıb

Ceki Çan ölümündən sonrakı "yaradıcı vəsiyyəti"ndən danışıb backend

Ceki Çan ölümündən sonra yayımlanacaq mahnını yazdırıb.

Məşhur aktyor Ceki Çan ölümünə hazırlıqları ilə bağlı səmimi açıqlama verib.

Qaziler.az bildirir ki, bu barədə "Global Times" qəzeti yazıb.

Pekində keçirilən sonuncu filmi olan "Gözlənilməz ailə"nin premyerasında o, pərəstişkarları və sevdikləri üçün əvvəlcədən vida mahnısı yazdırdığını açıqlayıb.

Xüsusi musiqi parçası 71 yaşlı aktyorun şəxsi xahişi ilə yaradılıb və yalnız ölümündən sonra yayımlanacaq.

Əfsanəvi kaskadyor etiraf edib ki, son illərdə  bir çox dost və həmkarını itirməsi səbəbindən həyatın keçiciliyi ilə bağlı düşüncələr onu getdikcə daha çox narahat edir.

Onun sözlərinə görə, sosial media artıq əsasən dünyasını dəyişənləri xatırlamaq üçün bir məkana çevrilib.

"Veybo hesabım artıq demək olar ki, tamamilə vida mesajları ilə doludur", - məşhur aktyor kədərlə qeyd edib.

QAZİLER.AZ