Bəşər Əsədin məhkəməsindən söhbət gedə bilməz - Lavrov

Bəşər Əsədin məhkəməsindən söhbət gedə bilməz - Lavrov backend

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin məhkəmə məsələsi çoxdan müzakirə olunmur. Rusiya tərəfdaşları Əsədin 2024-cü ilin dekabrında Rusiyaya necə gəldiyini yaxşı bilirlər.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov yanvarın 29-da açıqlama verib.

"Bu məsələ uzun müddətdir ki, qaldırılmayıb. Tərəfdaşlarımız hər şeyin necə baş verdiyini və Bəşər Əsədin və ailəsinin 2024-cü ilin dekabrında Rusiya Federasiyasına necə gəldiyini yaxşı bilirlər", - deyə Lavrov Türkiyə mediasına bildirib.

Nazir qeyd edib ki, Əsəd ölümcül təhlükə altında olduğundan yalnız humanitar səbəblərdən Rusiyaya qəbul edilib.

Lavrov əlavə edib ki, keçmiş Suriya lideri hazırda Suriyadakı vəziyyətə təsir göstərmir və ölkənin işlərində heç bir rol oynamır.

QAZİLER.AZ