Tramp Meksika prezidentini gözəl və ağıllı lider adlandırıb

Tramp Meksika prezidentini gözəl və ağıllı lider adlandırıb backend

29 yanvarda Meksika prezidenti Klaudiya Şeynbaumla telefon danışığından sonra ABŞ prezidenti Donald Tramp onu "gözəl" və "ağıllı" adlandırdı.

Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.

"Meksikanın gözəl və çox ağıllı bir lideri var - onlar buna çox sevinməlidirlər!" - deyə o, sosial media platforması Truth Social-da yazıb.

ABŞ liderinin sözlərinə görə, dialoq ABŞ və Meksika üçün "son dərəcə uğurlu" olub. Tramp əlavə edib ki, söhbətin böyük hissəsi sərhəd məsələləri, narkotik qaçaqmalçılığı və ticarətə yönəlib.

Bundan əlavə, ABŞ prezidenti Şeynbaumla tezliklə daha bir danışıq aparacağına və ardınca görüşəcəyinə söz verib.

QAZİLER.AZ