SAXAL Qəzzada münaqişə zamanı 71 mindən çox fələstinlinin həlak olduğunu təsdiqlədi

SAXAL Qəzzada münaqişə zamanı 71 mindən çox fələstinlinin həlak olduğunu təsdiqlədi backend

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının Səhiyyə Nazirliyinin müharibə zamanı 71 000-dən çox fələstinlinin həlak olması barədə qiymətləndirməsi ilə razılaşıb.

Oxu.Az bu barədə İsrailin "Haaretz" qəzetinə istinadən xəbər verir.

Fələstinin HƏMAS qruplaşmasının nəzarəti altında olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-də müharibə başlayandan bəri SAXAL-ın atəşləri nəticəsində 71 667 Qəzza sakini həlak olub.

Bu qurbanların sayına itkin düşənlər, yaxud aclıq və ya xəstəliklərdən vəfat edənlər daxil deyil.

SAXAL-ın məlumatına görə, hazırda həlak olanların neçəsinin döyüşçü, neçəsinin isə mülki şəxs olduğunu müəyyən etmək üçün məlumatların təhlili aparılır.