ABŞ və İran arasındakı əsas fikir ayrılığı Vaşinqtonun İranın ballistik raketlərinin mənzilini məhdudlaşdırmaq tələbi olub.
Qaziler.az bildirir ki, CNN bu barədə mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İran ABŞ-nin tələbini yerinə yetirməkdən imtina edib və yalnız nüvə proqramını müzakirə edəcəyini bildirib. Mənbələrə görə, İsrailin ən böyük narahatlığı İranın ballistik raketləri idi, çünki Təl-Əviv ötən il İranla artan münaqişə zamanı raketdən müdafiə aktivlərinin əhəmiyyətli bir hissəsini raketlərin ələ keçirməyə sərf etmişdi.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp böyük Amerika qüvvələrinin İrana doğru hərəkət etdiyini bildirmişdi.
QAZİLER.AZ



