AB açıq şəkildə Ukraynada mübarizəni davam etdirmək istəyir - Siyarto

AB açıq şəkildə Ukraynada mübarizəni davam etdirmək istəyir - Siyarto backend

AB xarici işlər nazirlərinin görüşündə AB-nin Ukraynada sülhə hazır olmadığı və mübarizəni davam etdirmək istədiyi bildirilib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Bu gün ilk dəfə olaraq Brüssel və xeyli sayda AB ölkəsinin mübarizə aparmaq və sülhü rədd etmək istədiyi açıq etiraf edildi. Bir neçə çıxışçılar tərəfindən AB-nin sülhə hazır olmadığı səsləndirildi", - deyə macar siyasətçisi qeyd edib.

Siyarto daha əvvəl Macarıstanın növbəti 10 il ərzində Ukraynaya 1,5 trilyon dollar yardım göstərməsinə qarşı çıxacağını bildirmişdi. Macarıstan xarici işlər naziri təzyiqlərə boyun əyməyəcəyini və AB Xarici İşlər Şurasının iclasında "yox" deyəcəyini qeyd edib.

QAZİLER.AZ