Kadırov Rusiyanın Ukrayna ilə danışıqlarına qarşı çıxıb

Kadırov Rusiyanın Ukrayna ilə danışıqlarına qarşı çıxıb backend

“Hazırkı vəziyyətdə Ukrayna ilə danışıqlar heç bir nəticə verməyəcək”.

Qaziler.az xəbər verir ki, bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov "Vı sluşali Mayak" teleqram kanalına verdiyi şərhdə bildirib.

O, xüsusi hərbi əməliyyatın başa çatdırılmalı olduğunu bildirib.

"Hesab edirəm ki, Xüsusi Hərbi Əməliyyat başa çatdırılmalıdır. Görülən hər şeydən sonra danışıqların əleyhinəyəm", - deyə Çeçenistan lideri bildirib.

Qeyd edilib ki, yanvarın 29-da Kadırov Rusiya prezidenti Vladimir Putin və BƏƏ lideri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında danışıqlar aparmaq üçün Rusiya nümayəndə heyətinin üzvü kimi Kremlə gəlib.

QAZİLER.AZ