Rusiya və Ukrayna meyit mübadiləsi aparıblar

Rusiya və Ukrayna meyit mübadiləsi aparıblar backend

Rusiya və Ukrayna bu il ilk dəfə ölən hərbçilərin meyitlərinin mübadiləsini aparıblar.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV ölkənin Dövlət Dumasının deputatı Şamsail Saraliyevə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi 1 000, Ukrayna isə 38 həlak olmuş əsgərin meyitini təhvil verib.

Sonuncu dəfə tərəflər 2025-ci il dekabrın 19-da meyitlərin mübadiləsini həyata keçirmişdi - Rusiya 1 003, Ukrayna isə 26 meyiti təhvil vermişdi.