Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, avropalıların dörddə üçü Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş qoşulmasını rədd edir.
Qaziler.az bildirir ki, bu barədə macar baş nazir “X” sosial media hesabında yazıb.
O xatırladıb ki, Budapeşt fermerləri, təhlükəsizliyi və sülhü qorumaq üçün Kiyevin Avropaya inteqrasiyasına qarşı çıxır.
"Avropalıların dörddə üçü Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş qoşulmasını rədd edir. Buna baxmayaraq, Brüssel irəliləməyə davam edir. Onlar Brüsselin iradəsinə müqavimət göstərəcək qədər güclü olan Avropa hökumətlərinin sayı az olduğu müddətcə insanların nə düşündüyünə əhəmiyyət vermirlər. Macarıstan da bu istisnalardan biridir”, - Orban yazıb.
QAZİLER.AZ



