Fransa Danimarka və Qrenlandiya ilə Arktika təhlükəsizliyi də daxil olmaqla bütün sahələrdə tərəfdaşlığını gücləndirəcək.
Qaziler.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “X sosial media səhifəsində yazıb.
"Arktikanın təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, strateji xammal, enerji, təhsil, elm və mədəniyyət: biz bütün sahələrdə tərəfdaşlığımızı gücləndirəcəyik", - Makron deyib.
Makron qeyd edib ki, Danimarka və Qrenlandiya Baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsenin yanvarın 28-də Parisə səfəri Fransa üçün "Danimarka və Qrenlandiya ilə həmrəyliyini, onların suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləmək və Parisin Qrenlandiya xalqına tam dəstəyini nümayiş etdirmək" üçün bir fürsətdir.
QAZİLER.AZ



