2026-cı ildə Fransa Ukraynaya əlavə olaraq təyyarələr, hava hücumundan müdafiə raketləri və hava bombaları, eləcə də generatorlar tədarük edəcək.
Qaziler.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında elan edib.
Ukrayna lideri Fransa Prezidenti Emmanuel Makronla danışdığını və onunla "cəbhə xəttindəki vəziyyəti", eləcə də "diplomatik məsələləri", xüsusən də Əbu-Dabidəki son danışıqları və baş tutacaq gələcək danışıqları müzakirə etdiyini söyləyıb.
"Biz həmçinin Rusiyanın kölgə donanmasına qarşı mübarizəni müzakirə etdik. Emmanuel qanunvericilik səviyyəsində müvafiq işlərdən danışdı və biz vacib qərarlara ümid edirik. Əlbəttə ki, enerji dayanıqlığımızı necə gücləndirəcəyimizi də müzakirə etdik. Ukrayna tezliklə Fransadan generatorlar alacaq. Bu il əlavə olaraq Fransa təyyarələrinin, hava hücumundan müdafiə raketlərinin və hava bombalarının tədarükü də olacaq", - deyə Zelenski bildirib.
Makron özü Zelenski ilə söhbəti barədə "X" sosial media səhifəsində məlumat verib. O qeyd edib ki, Fransa Rusiyaya təzyiqi artırmaqda qərarlıdır və Rusiya Federasiyasına qarşı yeni sanksiyalar üzərində "Avropa səviyyəsində" işləyir.
QAZİLER.AZ



