Müsəlman mer Nyu-Yorkun yoxsul sakinlərinin sayını açıqladı

Müsəlman mer Nyu-Yorkun yoxsul sakinlərinin sayını açıqladı backend

Bu gün hər dörd Nyu-York sakini yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Qaziler.az xəbər verir ki, bu açıqlamanı Nyu York meri Zöhran Mamdani CNBC-yə bildirib.

"Hər dörd nəfərdən biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır", - mer deyib.

Mamdani əlavə edib ki, buna baxmayaraq, Nyu-York ABŞ-nin həm ən varlı, həm də ən bahalı şəhəri olaraq qalır.

Qeyd edək ki, yanvarın 1-də Mamdani Bibliya əvəzinə Qurana and içərək bu vəzifəni tutan ilk müsəlman mer olub. Mərasim iki dəfə keçirilib: biri qapalı, digəri isə açıq şəkildə. Birincisi, 1 yanvar gecəsi tərk edilmiş metro stansiyasında, ikincisi isə Bələdiyyə binasında baş tutub.

QAZİLER.AZ