"ABŞ-nin İrana qarşı hər hansı hərbi əməliyyatı İslam Respublikası tərəfindən müharibənin başlaması kimi qəbul ediləcək".
Qaziler.az xəbər verir ki, bu açıqlamanı İranın Ali liderinin siyasi müşaviri Əli Şamxani sosial media platforması “X”də yazıb.
"Cavab dərhal, hərtərəfli və misli görünməmiş olacaq, hədəfimiz Təl-Əvivin ürəyi və təcavüzkarı dəstəkləyənlərin hamısı olacaq", - Əli Şamxani yazıb.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp böyük Amerika qüvvələrinin İrana doğru hərəkət etdiyini bildirmişdi.
QAZİLER.AZ



