ABŞ Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsində iştirak etməyəcək

ABŞ Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsində  iştirak etməyəcək backend

Əbu-Dabidə Ukrayna ilə bağlı yeni mərhələ ikitərəfli olacaq.

Qaziler.az RİA “Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Onlar danışıqları bu həftə davam etdirməyi planlaşdırırlar. Bu dəfə ikitərəfli formatda... ABŞ-nin iştirakı da mümkündür", - deyə o bildirib.

Rubio qeyd edib ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkov və Amerika liderinin kürəkəni Cared Kuşner növbəti danışıqlar mərhələsində iştirak etməyəcəklər.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Əbu-Dabidə danışıqların 1 fevralda davam edəcəyini açıqlayıb.

QAZİLER.AZ