Rusiya Suriyanın yenidən qurulmasına kömək edəcək

Rusiya Suriyanın yenidən qurulmasına kömək edəcək backend

Rusiyanın tikinti sektorunun nümayəndələri Suriyanın yenidən qurulmasında iştirak etməyə hazırdırlar.

Qaziler.az TASS-a istinadla bildirir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əş-Şaraa ilə görüşündə bildirib.

"Çox şeyin bərpa olunmasına ehtiyac olacaq və tikinti sektorundakılar da daxil olmaqla, iqtisadi operatorlarımız bu birgə işə hazırdırlar", - deyə Putin bildirib.

Rusiya lideri qeyd edib ki, Moskva Suriya liderinin Suriyanın ərazi bütövlüyünü bərpa etmək səylərini müşahidə edib. Putin Rusiyanın həmişə Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, Suriya lideri Əhməd əş-Şaraa yanvarın 28-də Moskvaya gəlib.

QAZİLER.AZ