Qrenlandiyada buzların altında gizli ABŞ hərbi bazası aşkar edilib

Qrenlandiyada buzların altında gizli ABŞ hərbi bazası aşkar edilib backend

ABŞ 20-ci əsrin ortalarında Qrenlandiya buzlarının altında “Cemp Century” gizli hərbi bazasını inşa edib.

Qaziler.az xəbər verir ki, bu barədə KP.RU yazır.

Nəşrin məlumatına görə, söhbət 40 metr dərinlikdə yerləşən tunellər şəbəkəsindən gedir.

Qeyd olunur ki, baza soyuq müharibə dövründə istifadə olunub, lakin ABŞ onu tərk etmək məcburiyyətində qalıb. Nəşr ABŞ hakimiyyətinin əvvəlcə yüz minlərlə kvadrat kilometr ərazini əhatə edən strukturu buz təbəqəsində gizlətməyi planlaşdırdığını bildirib.

Jurnalistlərin sözlərinə görə, burada 600 orta mənzilli ballistik raket üçün buraxılış meydançalarının yerləşdirilməsi nəzərdə tutulub.

QAZİLER.AZ