“Donuz qripi” Xəzər sahillərinə çatdı -SOS

“Donuz qripi” Xəzər sahillərinə çatdı -SOS backend

İran İslam Respublikası ərazisində “donuz qripi” virusu artıq Xəzər dənizi sahillərinə qədər yayılıb.

APA-nın İran bürosunun məlumatına görə, Xəzər sahilindəki Mazandaran vilayətində 5 nəfər “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Mazandaran Tibb Universitetinin rektor müavini Möhsin Ərabi bildirib. O deyib ki, hələlik vilayətdə “donuz qripi”ndən ölən olmasa da, bu diaqnozla 5 nəfər həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, son günlər İranda “donuz qripi”ndən ölənlərin sayı 40 nəfərə çatıb.
Diaspora