Tramp Venesuelanın yeni lideri ilə bağlı gözlənilməz açıqlama verdi

Tramp Venesuelanın yeni lideri ilə bağlı gözlənilməz açıqlama verdi backend

ABŞ prezidenti Donald Tramp Venesuelanın yeni prezidenti vəzifəsini icra edən Delsi Rodrigez ilə münasibətlərini "çox yaxşı" adlandırıb.Halbuki yeni prezident bu yaxınlarda "Vaşinqtonun əmrlərinə" qarşı çıxan bir açıqlama verib.

Qaziler.az bildirir ki, onun sözlərini RİA Novosti sitat gətirir.

Rodrigezin açıqlamalarına münasibət bildirən Amerika lideri qeyd edib ki, o, "nə baş verdiyini bilmir".

"Orada nə baş verdiyini dəqiq bilmirəm, amma bu barədə heç eşitməmişəm - xeyr, bizim çox yaxşı münasibətlərimiz var", - deyə o, jurnalistlərə bildirib.

QAZİLER.AZ