Rusiya Prezidenti Vladimir Putin yanvarın 28-də Suriya Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.
Qaziler.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti yanvarın 27-də məlumat yayıb.
Yanvarın 28-də Rusiya Prezidenti Vladimir Putin Rusiyada işgüzar səfərdə olacaq Suriya Ərəb Respublikasının Prezidenti Əhməd əl-Şara ilə danışıqlar aparacaq", - saytın paylaşımında deyilir.
Görüş zamanı tərəflərin müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyi deyilir.
QAZİLER.AZ



