Türkiyə İranla sərhəddə bufer zonası yaratmağı planlaşdırır

Türkiyə İranla sərhəddə bufer zonası yaratmağı planlaşdırır backend

Türkiyə ən pis ssenarinin inkişafı və Tehran hökumətinin süqutu halında İranla sərhəddə bufer zonası yaratmağı planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə “Middle East Eye” mənbələrə istinadən məlumat yayıb.

“Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri cümə axşamı – yanvarın 22-də parlamentdə keçirilən qapalı iclasda parlament üzvlərinə Ankaranın İranla bağlı bir neçə potensial ssenariyə hazırlaşdığını bildiriblər”, - nəşrin mənbələri bildirib.

Adı çəkilməyən brifinq iştirakçılarından biri bildirib ki, Türkiyə rəsmiləri "bufer zonası" terminini Türkiyənin qaçqın dalğasının ölkəyə daxil olmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək məqsədilə istifadə ediblər.

Lakin müzakirənin ikinci iştirakçısı bildirib ki, rəsmilər adi tədbirlərdən kənara çıxmağa hazır olduqlarını bildirsələr də, birbaşa "bufer zonası" ifadəsini işlətməyiblər.

QAZİLER.AZ