Yanvarın son həftəsində Danimarka və Qrenlandiya liderləri ABŞ ilə razılaşma üçün Avropanın dəstəyini təmin etmək məqsədilə Berlin və Parisdə danışıqlar aparacaqlar.
Qaziler.az bildirir ki, bu barədə “Bloomberg” yazır.
Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte tərəfindən müzakirə edilən "çərçivə müqaviləsi" danışıqlar üçün yol açıb. Danimarka hökumətinin məlumatına görə, Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Jens-Frederik Nilsen Berlində keçiriləcək Dünya İqtisadi Sammitində iştirak edəcəklərini və geosiyasi vəziyyəti müzakirə etmək üçün siyasətçilər və diplomatlarla görüşəcəklərini açıqlayıblar.
Frederiksen və Nilsen çərşənbə günü Fransa prezidenti Emmanuel Makronla işgüzar nahar etmək üçün Parisə gedəcəklər. Bloomberg Yelisey Sarayına istinadən xəbər verir ki, onlar Arktika təhlükəsizlik məsələlərini, eləcə də Qrenlandiyanın iqtisadi və sosial inkişafını müzakirə etməyi planlaşdırırlar.
QAZİLER.AZ



