Çin illərdir Britaniya məmurlarının telefonlarını dinləyir - “The Telegraph”

Çin illərdir Britaniya məmurlarının telefonlarını dinləyir - “The Telegraph” backend

Çin illərdir Britaniya baş nazirlərinin köməkçilərinin mobil telefonlarını dinləyib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat verir.

Qəzetin yazdığına görə, Çin tərəfindən maliyyələşdirilən hakerlərin 2021-ci ildən 2024-cü ilə qədər Boris Conson, Liz Truss və Rişi Sunakın köməkçilərinin mobil cihazlarını dinlədiyi iddia edilir. Qəzet onların baş nazirlərin telefonlarına daxil olub-olmadığı barədə məlumatları dəqiqləşdirə bilməyib.

Bu arada, ABŞ kəşfiyyat mənbələri “Telegraph”a bildiriblər ki, Pekin Böyük Britaniyanın yüksək vəzifəli məmurlarına qarşı dinləmə əməliyyatını davam etdirir. Buna görə də, hazırkı Baş nazir Kir Starmer və onun müşavirləri də təhlükəyə məruz qala bilərlər.

Məqalədə qeyd olunur ki, hakerlər yüksək vəzifəli məmurların zənglərini dinləyə bilməsələr belə, nə vaxt və kimlə əlaqə saxladıqlarını aşkar edə biləcək məlumatlara çıxış əldə edə bilərlər.

QAZİLER.AZ