Almaniya yeni müttəfiqlərin axtarışındadır

Almaniya yeni müttəfiqlərin axtarışındadır backend

Almaniyanın İqtisadiyyat və Energetika naziri Katerina Reyx bildirib ki, dəyişən dünya nizamı fonunda Almaniya yeni müttəfiqlər axtarmağa başlamalıdır.

Qaziler.az xəbər verir ki,bu barədə “Reuters” yazır.

"Dünya daha qeyri-müəyyən hala gəlib və etibar etdiyimiz, güvəndiyimiz ittifaqlar dağılmağa başlayır", - o, ABŞ-la münasibətlərin pisləşməsinə işarə edərək bildirib.

Reyx qeyd edib ki, köhnə müttəfiqlərlə işləmək nə qədər çətin olsa da, bu onlardan imtina etmək demək deyil. Bununla belə, nazir hesab edir ki, Cənubi Amerika, Hindistan, Yaxın Şərq, Kanada, Avstraliya və Asiya ölkələri də daxil olmaqla, yeni əlaqələr qurmaq lazımdır.

QAZİLER.AZ