İsrailin Baş naziri Binyamin Netanyahunun kamerasının üzəri izolentlə örtülmüş smartfondan istifadə etdiyi müəyyən edilib.
Qaziler.az xəbər verir ki, bu barədə “Clash Report” saytı yazır.
Müəlliflər İsrailin Baş nazirinin bunu təhlükəsizlik səbəbi ilə etdiyini ehtimal edirlər.
“Bunun təhlükəsizlik səbəbləri ilə, həssas ərazilərdə müşahidənin və ya qeydin qarşısını almaq üçün edildiyi ehtimalı yüksəkdir”, - deyə qeyd olunub.
QAZİLER.AZ



