Böyük Britaniyanın Baş naziri Kir Starmer Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı Fransa Prezidenti Emmanuel Makronun günəş eynəyi taxmasını parodiya edib.
Qaziler.az xəbər verir ki, britaniyalı nazirin videosu “TikTok”da paylaşılıb.
Videonun şərhində qeyd olunub ki, görüntülər baş nazirin yanvarın 26-da çıxış etdiyi “Political Party Live” podkastında lentə alınıb.
Videoda Starmer Fransa liderinin son vaxtlar taxdığı eynəklərə bənzər aviator stilində günəş eynəyi taxıb. Tamaşaçılara müraciət edən Britaniyanın Baş naziri "bonjour" sözünü də işlədib.
Başlıqda siyasətçi məşhur "Talk to me, goose" (Mənimlə danış, qaz) ifadəsini işlədərək məşhur "Top Gun" filminə istinad edib. O, həmçinin Emmanuel Makronun rəsmi hesabını da qeyd edib.
QAZİLER.AZ



