Qida və dərmanların üzərindəki son istifadə tarixinin qeyd edildiyi yazı Brayl əlifbası ilə verilməlidir.
Qaziler.az xəbər verir ki, bunu Rusiyada Müasir Siyasət Araşdırmaları İnstitutunun direktoru Anton Orlov RT-yə verdiyi açıqlamada bildirib. O, məsələ ilə bağlı səhiyyə naziri Mixail Muraşkoya məktub göndərdiyini deyib.
“Görmə qüsurlu insanlar tərəfindən istifadə edilən Brayl əlifbası reseptli dərmanlarda yalnız bəzən dərmanın adını və dozasını göstərmək üçün istifadə olunur. Lakin bu paketlərdə Brayl əlifbası ilə son istifadə tarixi haqqında məlumat yoxdur”, - Orlov bildirib.
Onun sözlərinə görə, Rusiyada görmə qüsurlu insanların sayı hazırda təxminən 500.000 nəfərdir. Deputat qeyd edib ki, bu insanların hamısı bu və ya digər şəkildə müxtəlif məhsullarla təmasda olurlar.
QAZİLER.AZ



