BƏƏ öz ərazisindən İrana hücumlar üçün istifadə olunmasına icazə verməyəcək

BƏƏ öz ərazisindən İrana hücumlar üçün istifadə olunmasına icazə verməyəcək backend

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz ərazisinin və hava məkanının İrana qarşı hərbi əməliyyatlar üçün istifadə olunmasına icazə verməyəcək.

Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi müvafiq bəyanat yayıb.

"Xarici İşlər Nazirliyi bir daha təsdiqləyir ki, BƏƏ öz hava məkanından, ərazisindən və ya sularından İrana qarşı hər hansı hərbi əməliyyat üçün istifadənin qarşısını almağı öhdəsinə götürür və bu məsələdə hər hansı logistik dəstək verməkdən çəkinəcək", - bəyanatda deyilir.