Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibini yeniləyib

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibini yeniləyib backend

Ukrayna Prezidenti Volodimir Zelenski Respublikanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibini yeniləyən fərman imzalayıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, sənəd dövlət başçısının saytında dərc edilib.

"Ukrayna Konstitusiyasının 107-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, qərar verirəm, aşağıdakılar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvləri kimi təsdiq edilsin: Ukrayna Baş nazirinin birinci müavini və Ukraynanın Energetika naziri Denis Anatolyeviç Şmıxalı və Ukraynanın Müdafiə naziri Mixaylo Albertoviç Fedorovu", - sənəddə deyilir.

Fərmanda həmçinin bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş sədri Vasiliy Malyuk Milli Təhlükəsizlik və Müdafiə Şurasından çıxarılıb. Sənəd dərc olunduğu gündən qüvvəyə minib.

QAZİLER.AZ