“Ukrayna Rusiya ilə münaqişəni sülh yolu ilə həll etmək üçün ərazi güzəştləri etməli olacaq”.
Qaziler.az RİA “Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu NATO-nun Baş Katibi Mark Rütte Avropa Parlamentinin üzvləri ilə müzakirə zamanı deyib.
Rüttenin sözlərinə görə, ərazi məsələsi çox həssasdır. Nəticə etibarilə, yalnız Ukrayna hökuməti bununla bağlı qərar verə bilər.
"Lakin Ukrayna hökumətinin ərazi güzəştləri baxımından nəyi qəbul edə biləcəyini anlaması üçün rusların gələcəkdə bir daha Ukraynaya hücum etməyə cəhd etməyəcəyini bilmələri vacibdir", - Rutte bildirib.
QAZİLER.AZ



