ABŞ Prezidenti Donald Tramp Qəzzada son girovun cəsədinin tapıldığını bildirib.
APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
Onun sözlərinə görə, nəticədə 20 canlı girovun hamısı, eləcə də həlak olmuş bütün girovların cəsədləri geri qaytarılıb.
"Bir çoxları bunu mümkünsüz hesab edirdi", - Tramp qeyd edib.



