Orban Ukrayna səfirinin Macarıstan XİN-ə çağırılmasını əmr edib

Orban Ukrayna səfirinin Macarıstan XİN-ə çağırılmasını əmr edib backend

Macarıstanın Baş naziri Viktor Orban Kiyev hakimiyyətinin açıqlamalarından sonra xarici işlər və ticarət naziri Peter Siyartoya Ukrayna səfirini Macarıstanın Xarici İşlər Nazirliyinə çağırmağı tapşırıb.

Qaziler.az xəbər verir ki, bu barədə macar Baş nazir “Facebook”da paylaşım edib. Orbanın sözlərinə görə, Budapeşt heç kimin onun suverenliyini və ya seçkilərinin bütövlüyünü təhlükəyə atmasına icazə verə bilməz.

"Ukraynanın Macarıstana və hökumətə qarşı təhdidlərinə cavab: Biz heç kimin Macarıstanın suverenliyini və ya Macarıstan seçkilərinin bütövlüyünü təhlükəyə atmasına icazə verə bilmərik. Buna görə də bu gün xarici işlər naziri Peter Siyartoya Ukraynanın Macarıstandakı səfirini Xarici İşlər Nazirliyinə çağırmağı tapşırdım", - deyə bəyanatda bildirilib.

QAZİLER.AZ