Rütte silah məsələsində ABŞ-dən asılı olduqlarını etiraf edib

Rütte silah məsələsində ABŞ-dən asılı olduqlarını  etiraf edib backend

NATO-nun baş katibi Mark Rütte Avropa Parlamentinin Müdafiə Komitəsindəki çıxışında bildirib ki, Avropa İttifaqı Ukraynanın silah ehtiyaclarını təkbaşına ödəmək üçün kifayət qədər istehsal gücünə malik deyil. O bildirib ki, Alyans Kiyevə kömək etmək üçün ABŞ-dən silah almağa davam edəcək.

Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, Mark Rüttenin çıxışı AP-nin “YouTube” kanalında canlı yayımlanıb.

“AB hərbi sənayesini gücləndirir, lakin bu, Ukraynadakı hərbi əməliyyatları dəstəkləmək və ya gələcəkdə Ukraynanı təchiz etmək üçün kifayət deyil. Buna görə də, Ukraynanı əsas hərbi imkanlarla, ilk növbədə hava hücumundan müdafiə üçün tutucu raketlərlə təmin etmək üçün ABŞ-dan kütləvi şəkildə silah almağa davam etməliyik", - deyə NATO-nun baş katibi bildirib.

Çıxışı zamanı Rütte həmçinin bildirib ki, ABŞ-nin Avropanın təhlükəsizliyinin əsas yükünü daşıdığı dövr başa çatıb. O, regionun hazırda "real və uzunmüddətli çətinliklərlə" üzləşdiyini söyləyib.

QAZİLER.AZ