Nigeriya Prezidenti Bola Əhməd Tinubu, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 26-28 yanvar 2026-cı il tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə Kommunikasiya direktoru Burhanəddin Duran Nigeriya prezidenti Tinubunun Türkiyəyə səfər edəcəyini açıqladı.
Sabah baş tutacaq səfər zamanı Türkiyə ilə Nigeriya arasında ikitərəfli münasibətlər hərtərəfli nəzərdən keçiriləcək və əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş müqavilələrin imzalanması planlaşdırılır.
Regional və beynəlxalq məsələlərlə bağlı da hərtərəfli fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, səfər çərçivəsində Prezident Tinubunun biznes liderləri ilə görüşəcəyi dəyirmi masa tədbiri və müdafiə sənayesi üzrə görüş keçirilməsi planlaşdırılır.
QAZİLER.AZ



