Venesuela ordusu yanvar ayının əvvəlində ABŞ-ın hücumunu dəf etmək üçün iki dəfə "Igla-S" daşına bilən hava-hava raketlərindən atəş açıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiyanın Karakasdakı səfiri Sergey Melik-Bağdasarov "Rossiya 24" kanalına verdiyi müsahibədə bildirib.
""İgla"dan atəş açılıb. Mənə ən azı iki raket atıldığı deyilib və heç biri hədəfə dəyməyib", - diplomat bildirib.
Səfir bununla bağlı Venesuela ordusunun silahla davranmaq qaydalarını bilmədiyi haqda ehtimal irəli sürüb.
QAZİLER.AZ



