Çinin qərbindəki Qansu əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, "Reuters" agentliyinin Çin Seysmik Şəbəkə Mərkəzinə istinadən verdiyi məlumatda deyilir.
Mərkəzdən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:56-da 10 km dərinlikdə baş verib.
Agentlik zəlzələnin baş verdiyi Tibet Yaylasının seysmik cəhətdən aktiv bölgə olduğunu və tez-tez təkanların baş verdiyini bildirir.
QAZİLER.AZ



