İndoneziyanın Qərbi Yava əyalətində uzun müddət davam edən yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində ən azı 25 nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" məlumat verib.
"Paytaxt Cakartadan təxminən 144 kilometr məsafədə yerləşən Çisarua şəhərində 80-ə qədər insan itkin düşüb", - hesabatda deyilir.
Agentliyin məlumatına görə, pis hava şəraiti səbəbindən axtarış əməliyyatları müvəqqəti olaraq dayandırılıb. Fəlakət iki kiçik kəndi demək olar ki, tamamilə məhv edib.
İndoneziya Meteorologiya Agentliyi cari musson mövsümünün Yava da daxil olmaqla bir neçə yerli adaya daha çox yağış gətirə biləcəyini və həm kənd dağlıq ərazilərində, həm də şəhər yerlərində təbii fəlakətlər riskini artıra biləcəyini bildirib.
QAZİLER.AZ



