ABŞ-da göyərtəsində 8 nəfər olan təyyarə qəzaya uğrayıb

ABŞ-da göyərtəsində 8 nəfər olan təyyarə qəzaya uğrayıb backend

ABŞ-ın şimal-şərqində, Men ştatında səkkiz nəfərin olduğu şəxsi təyyarə qəzaya uğrayıb.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Bombardier Challenger 600 təyyarəsinin Bangor Beynəlxalq Hava Limanından qalxan zamanı qəzaya uğradığını açıqladı.

 

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, təyyarədə səkkiz nəfərin olduğu bildirilən açıqlamada qəza ilə bağlı araşdırmanın başlandığı da bildirilib.

 

Aeroport həmçinin uçuş-enmə zolağının müvəqqəti olaraq bağlandığını və vətəndaşlardan hava limanı ərazisindən uzaq durmalarını xahiş etdiyini açıqlayıb.

 

Sərnişinlərin vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib.

QAZİLER.AZ