Rusiya neftini daşıdığı ehtimal olunan “Proqress” tankeri Aralıq dənizində idarəetməni itirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Xəbərdə qeyd olunur ki, gəmi istiqamətini dəyişib və fərqli istiqamətə üzməyə başlayıb.
Nəşr iddia edir ki, göyərtədə təxminən 730.000 barel “Urals” xam nefti olub. İzləmə məlumatlarına görə, sanksiyalar altında olduğu iddia edilən gəmi yanvarın 21-də Əlcəzairi keçib və bundan sonra istiqamətini qəfildən şimala doğru dəyişib. Yanvarın 22-də səhər vaxtlarında onun naviqasiya statusu "idarə olunmur" şəklində dəyişib, sürəti bir düyünə düşüb və tanker yavaş-yavaş şərqə doğru üzməyə başlayıb.
QAZİLER.AZ



