Almaniya ABŞ-də saxlanılan qızıl ehtiyatlarından narahatdır

Almaniya ABŞ-də saxlanılan qızıl ehtiyatlarından narahatdır backend

Avropa Parlamentinin üzvü Mari-Aqnes Ştrak-Zimmerman ABŞ prezidenti Donald Trampın gözlənilməz siyasətinə istinad edərək Almaniyanın ABŞ-də saxlanılan qızıl ehtiyatlarının dərhal geri qaytarılmasını tələb edib.

Qaziler.az bildirir ki, o, “Der Spiegel” nəşrinə verdiyi müsahibədə qeyd edib ki, artan qlobal qeyri-müəyyənlik fonunda Almaniyanın qızıl ehtiyatlarının üçdə birindən çoxu, yəni 1230 tondan çoxu Nyu-Yorkda saxlanılır.

“Almaniyanın qızıl ehtiyatlarının təxminən 37%-nin, yəni 1230 tondan çoxunun Nyu-Yorkdakı Federal Ehtiyat anbarlarında saxlanması artıq qəbuledilməzdir”, - deyə Ştrak-Zimmerman bildirib.

Onun fikrincə, geosiyasi vəziyyət dəyişib və müttəfiqlərə etibar iqtisadi suverenliyi əvəz edə bilməz. Siyasətçi Almaniya hökumətindən ehtiyatların tam qaytarılması üçün dəqiq bir cədvəl təqdim etməsini və riskləri qiymətləndirmək üçün fövqəladə parlament iclası keçirməsini tələb edib.

QAZİLER.AZ